waplog

Rəqəmli qələm beyin xəstəliklərinə erkən mərhələlərdə diaqnoz qoyacaq


Milyonlarla insan Alsqeymer və ya Parkinson kimi müxtəlif xəstəliklərindən əziyyət çəkir. Bəzi alimlər bu xəstəliklərin dərmanını tapmağa çalışdığı halda, başqaları bu kimi xəstəliklərin sindromları üzrə erkən diaqnoz qoymaq üsulu yaratmağa çalışırlar.
 
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları belə üsullardan birini təklif ediblər.
 
Bel ki, süni intellekt (CSAIL) sahəsində kompüter elm və tədqiqatlar Laboratoriyasının əməkdaşları xüsusi rəqəmli qələmdən istifadəni təklif ediblər. Bu qələm ondan istifadə edən şəxsin sinir sistemində bu və ya digər xəstəliyin sindromlarını tez və yüksək dəqiqliklə aşkar edəcək.  
 
Belə həll kimi artıq bazarda mövcud olan "Anoto Live Pen" qələmindən istifadə edilib.
 
"Anoto Live Pen" qələminə yazan ucluğun və kağız vərəqin vəziyyətini saniyədə 80 kadr tezliklə izləyən xüsusi videokamera quraşdırılıb. Qələm üçün xüsusi hazırlanmış proqram təminatı insanın beyini və mərkəzi sinir sistemində bir neçə ciddi xəstəliyinin erkən sindromları üzrə ən kiçik əlamətləri izləməyə imkan verir.
 
Əlbəttə ki son diaqnoz peşəkar doktor tərəfindən qoyulur, amma mütəxəssislər xəstələrin belə yoxlanması üsulunun artıq yüksək səmərəlilik və dəqiqliyini vurğulayıblar.
 

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL