Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin işçiləri üçün virtual tədris sistemi yaradılır
Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi yeni sistem tətbiq etmək məqsədi ilə müqavilə imzalayıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Baş Mühafizə İdarəsinin “Retro-İnşaat” şirkəti ilə bağladığı müqavilə Baş Mühafizə İdarəsində Virtual tədris sisteminin yaradılması işlərinin görülməsini nəzərdə tutur.
Virtual tədris sisteminin yaradılması layihəsinin həyata keçirilməsi üzrə işlərin ümumi dəyəri 106 min manat təşkil edəcək.
Beynəlxalq təcrübəyə əsasən hüquq-mühafizə orqanlarında yaradılan virtual tədris mərkəzlərində bu qurumların işçiləri üçün maksimal realistik əməliyyat məkanı təşkil edən virtual oyun mühiti, iş yerləri, oyun kollektivləri və müəllim arasında audio və videorabitə yaradılır.
Bununla yanaşı, müxtəlif xidmətlərin və alt bölmələrin maraqlarına toxunan, daxili işlər orqanlarının təcrübəsindən nümunələrin tipik dəsti yaradılır və onların həlli istiqamətində işlər aparılır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL