Əmlak Məsələləri üzrə Dövlət Komitəsi məlumat bazalarını yeniləyir
Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumat bazalarını yeniləyir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda komitə ÜRİS məlumat bazalarının yenilənməsi, qorunması, vaxtaşırı ehtiyat surətlərinin əldə edilməsi və ÜRİS-in təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə avadanlıq və proqram təminatlarının alınması ilə bağlı müvafiq şirkətlərlə danışıqlar aparır.
Yaxın 1-2 ay ərzində tələb olunan xidmət və məhsul tədarükçüsünün müəyyən edilməsi və müvafiq müqavilənin imzalanması nəzərdə tutulur.
Xatırladaq ki, ÜRİS-in Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə 2014-cü il martın 1-dən etibarən başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri ÜRİS ilə inteqrasiya edilir.
Hazırda mövcud ünvanların yeni qaydalarla verilən ünvanlara dəyişdirilməsi prosesi gedir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaq. İlk olaraq yeni ünvan sistemi Bakı şəhərindən işə salınıb. Bu ilin sonunda Ünvan Reyestri İnformasiya Sistemi artıq ölkə üzrə tam fəaliyyətə başlayacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL