waplog

Yerli mobil operator yeni ödəmə kartlarının satışına başlayıb


"Bakcell" şirkəti mövcud ödəmə kartları ilə yanaşı abunəçilərin istifadəsi üçün 3 manat nominallı yeni ödəmə kartlarının satışına başlayıb. Şirkət, eyni zamanda "CIN" abunəçiləri üçün yeni kampaniyaya da start verib.
 

Şirkətdən verilən məlumata görə, bu kampaniya çərçivəsində balansını 3 manatlıq ödəmə kartı ilə artıran "CIN" abunəçiləri yüklədikləri məbləğin 10 faizi dəyərində bonus qacanacaqlar.

Əldə olunan bonuslar isə şəbəkədaxili zəng, SMS, MMS və mobil internet üçün istifadə oluna bilər. Üç manatlıq nominallı ödəmə kartlarının istifadə müddəti 30 gün təşkil edir.

Bundan sonra "Bakcell" abunəçilərinə 1 manat, 2 manat, 3 manat, 5 manat, 10 manat və 20 manat nominallı kartlar təklif edəcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL