waplog

Bakıda idarəetmə və optimallaşma üzrə sənaye həlləri mövzusunda 5-ci beynəlxalq konfrans keçiriləcək


Azərbaycanda avqustun 27-29-da “COİA-2015” (International Conference on Control and optimization with Industrial Application)   idarəetmə və optimallaşma üzrə sənaye həlləri mövzusunda 5-ci beynəlxalq konfrans keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirin təşkilatçıları qismində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycanın Müəllif Hüquqları Agentliyi, ABŞ-ın İllinois Universiteti və perspektiv tədqiqatlar mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti  çıxış edirlər.
 
Konfrans Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sədrliyi ilə keçiriləcək. Tədbirin açılış mərasimində Ukraynadan, ABŞ-dan, Rusiyadan olan alimlər çıxış edəcəklər.
 
Konfransda “Çoxagentli şəbəkə sistemlərinin qarşıda duran elementlərlə əlaqəsi”, “Ləngiyən kommutasiya sistemləri üçün optimal idarəetmə həlləri”, “Kombinasiya optimallaşdırması məsələlərinin həlli və onların verilənlərin sıxlaşdırılması üçün tətbiqi”, “Aralıq ötürücü stansiyalı magistral xətlərdə keçid proseslərinin tədqiqi”, “Kompüter şəbəkələrinin istifadəsi”, “İnternet dükanda gəlirin maksimallaşdırılması üzrə qeyri-dəqiq model” və s. mövzularda yerli və xarici alimlərin məruzələri iştirakçılara təqdim ediləcək.
 
Qeyd edək ki, sözügedən konfrans 2005-ci ildən etibarən keçirilir.  Növbəti konfransın 2017-ci il iyunun 27-29-da Nyu-Yorkda, ABŞ-ın İoanna Universitetində keçirilməsi nəzərdə tutulub.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL