waplog

Uşağın anadan olmasına görə müavinətlə bağlı elektron qaydada təqdim olunan haqq-hesab cədvəllərinin sayı 9 minə yaxın olub


İyul ayında “Elektron hökumət” portalı üzərindən 8755 uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəli təqdim olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  e-xidmət vasitəsi ilə uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlləri elektron formada doldurularaq Dövlət Sosial Müdafiə Fondunun departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə  verilir.
 
Xidmətin icra müddəti 5 gün təşkil edir.
 
İnteraktiv elektron xidmətdən həm hüquqi, həm də fiziki şəxslər ödənişsiz istifadə edə bilərlər.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL