Aran və Qarabağ bölgəsində rəqəmli yayım təmin olunur
Sentyabrın sonunda Aran və Qarabağ bölgəsinin sakinləri rəqəmli televiziya ilə təmin olunacaq. Bu barədə “İCTnews”-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.
Onun sözlərinə görə, 1000 metr hündürlükdə Ağsu dölanbacında yerləşən teleqüllədən yayımlanan rəqəmli televiziya Aran bölgəsi ilə yanaşı, Qarabağı da əhatə edəcək.
Texniki direktor gələn ilin sonunadək bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb.
Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə hələ 2004-cü ilin sentyabrında başlanılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL