waplog

“Intel” şirkəti Stiven Xokinq üçün hazırlanan danışmağa imkan verən danışıq sintezatorunu hamı üçün əlçatan edib


ABŞ-ın “Intel” şirkəti məşhur britaniyalı fizik-nəzəriyyəçisi Stiven Xokinqə danışmağa imkan verən öz unikal proqramına (danışıq sintezatoru) girişi hamı üçün açıq elan edib. Bu haqda “NBC” telekanalı məlumat verib.
 
21 yaşında Xokinqdə yan amiotrofik skleroz xəstəliyi qeydə alınıb və nəticədə alim iflic olub. O, 1985-ci ildə danışmaq qabiliyyətini itirib. O vaxtdan etibarən Stiven Xokinq müxtəlif danışıq sintezatorları növlərinin köməyi ilə ünsiyyət saxlayır. Sonuncu belə danışıq sintezatoru iki il əvvəl “Intel” şirkəti tərəfindən hazırlanıb.
 
İndi şirkət öz proqramının əsas koduna giriş açıb ki, bu da internet üzərindən onu yükləməyə imkan verir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL