waplog

“The Economist” : “Bakı son 5 ildə həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərdən biridir”


“The Economist” nəşrinin tədqiqat bölməsinin hesabatına əsasən, Avstraliyanın Melburn şəhəri ikinci dəfə ən yüksək həyat səviyyəsinə malik şəhər adlandırılıb.
 
Melburn 2010-cu ildə birinci pilləni tutub. İkinci pillədə Vyana (Avstriya), üçüncüdə Vankuver (Kanada) yerləşib. İlk onluqda Avstraliyanın 4 şəhəri (Melburn, Sidney, Adelaida, Pert), Kanadanın 3 şəhəri (Vankuver, Toronto, Kalqari), həmçinin Avstriya, Finlandiya və Yeni Zelandiya ölkələrinin paytaxt şəhərləri yer alıb.
 
“The Economist” nəşri, həmçinin 2010-cu ildən etibarən həyat səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldiyi 10 şəhərin adını açıqlayıb: Harare (Zimbabve), Katmandu (Nepal), Dubay (BƏƏ), Varşava (Polşa), Əl-Küveyt (Küveyt), Qonolulu (ABŞ), Pekin (Çin), Bratislava (Slovakiya), Bakı (Azərbaycan), Nayrobi (Keniya).
 
Analitiklər ən yüksək həyat səviyyəsinə malik şəhərlərdən başqa, 5 il ərzində həyat səviyyəsinin ən çox aşağı düşdüyü şəhərlərin adını açıqlayıb. Dəməşq (Suriya), Kiyev (Ukrayna) və Tripoli (Liviya) şəhərlərində həyat səviyyəsi çox aşağı düşüb.
 
Hesabata əsasən,  mülki iğtişaşlar, (məsələn, Honkonq və ABŞ-da), terrorizm (məsələn, Yaxın Şərqdə "İslam dövləti" və ya Afrikada "Boko-Xaram") və ya lokal münaqişələr (məsələn, Ukraynanın cənub-şərqində) səbəbindən həyat səviyyəsi aşağı düşüb.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL