Vətəndaşlar elektron xidmətlərlə bağlı ən son hansı təklifləri veriblər?
Məlum olduğu kimi, vətəndaşların elektron xidmətlərlə bağlı rəy və təkliflərini bildirməsi üçün “Elektron hökumət” portalında “Fikir bankı” fəaliyyət göstərir. İnternet istifadəçiləri mütəmadi olaraq maraqlı təkliflər irəli sürürlər. “ICTnews” elektron xəbər xidməti “Fikir bankı” vasitəsi ilə təqdim olunan son bir neçə təklifi oxucuların diqqətinə çatdırır.
Ən son əlavə olunan təklifi Fuad Soltanov adlı istifadəçi verib:
“E-xidmətlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin telefonun addan-ada keçirilməsi ilə bağlı gözəl bir xidməti var, ancaq bu xidmətdən istifadə üçün müraciət etdikdə son mərhələdə 20 manat ödəniş edilməlidir və bunu hara etməklə bağlı bəzi çətinlik var. Belə ki, bu prosesdə sifariş nömrəsini qeyd edib, “phone.rabita.az” saytına daxil olaraq telefon nömrəsi yerinə sifariş nömrəsi yazılmalıdır və bundan sonra çıxan 20 manat borcu onlayn şəkildə ödəmək olur. Birincisi, bu haqda sifariş nömrəsi çıxan səhifədə məlumat yoxdur, prosesi ilk dəfə edən insanlar buna görə çətinlik çəkir. Təklif edirəm, sifariş səhifəsinə bununla bağlı qeyd əlavə olunsun. Alternativ olaraq birbaşa onlayn ödəniş üçün link yerləşdirilsə, çox asan şəkildə ödəniş etmək olar.
F.Soltanov əlavə edir ki, bu xidmətin “Azərişıq” və “Azərsu” üçün əlavə olunması çox yaxşı olardı. Beləliklə, vətəndaşlar rahatlıqla su sayğaclarını və elektrik enerjisi sayğacını addan-ada keçirərdi.
“Elektron hökumət” portalının istifadəçisi olan Gündüz Abdullayevin təklifi isə Səhiyyə Nazirliyi ilə bağlıdır. O yazır: “Hamımız bilirik ki, dərman preparatları həddindən artıq bahadır. Vəziyyət o həddədir ki, arasındakı məsafə 100 metr olan aptek məntəqələrində belə dərmanların qiymətlərində nəzərəçarpacaq dərəcədə fərq var. Təklif edirəm ki, Səhiyyə Nazirliyi vahid bir sistem hazırlasın və sadə vətəndaşlar bu sistemdən istifadə edərək alacağı dərmanın qiymətini öyrənə bilsin. Bununla həm də özbaşına qiymət artımının önünü də qismən almaq olar”.
İstifadəçi Vüqar İbrahimov belə bir təkliflə çıxış edib: “Hərbi qulluqçuların böyük hissəsində şəxsiyyət vəsiqəsi əvəzinə hərbçilər üçün nəzərdə tutulmuş vəsiqə (FİN kodsuz) olur ki, onlar da bu vəsiqələrlə “Elektron hökumət” portalında qeydiyyatdan keçə bilmirlər. Hərbçilərin qeydiyyatdan keçə bilmələri üçün yenilik fikirləşilsə, yaxşı olar”.
Şamil Məmmədov isə şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında şəxsin adına kreditin olub-olmamasına dair arayışı verən xidmətin “Elektron arayışlar” bölümünə əlavə edilməsini çox əhəmiyyətli hesab edir.
O, həmçinin qeyd edir ki, “Elektron arayışlar” bölümündə şəxsin FİN-i ilə əlaqələndirilmiş bütün kommunal informasiyaları özündə əks etdirən (borc və avans) elektron arayış xidmətinin qurulması və xidmət olaraq əlavə olunması məqsədəuyğun olardı.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL