waplog

“Samsung” internetə çıxış üçün mikrosputniklər şəbəkəsi yaratmağı planlaşdırır


Koreyanın “Samsung” şirkəti planetin əhalisinin genişzolaqlı internetə çıxışını təmin etmək üçün 4600 mikrosputnikdən ibarət şəbəkə yaratmağı planlaşdırır, - “Samsung Research America” (“SRA”) tədqiqat bölməsinin direktoru Faruk Xan məqaləsində belə yazıb.
 
Məqalənin müəllifinin proqnozuna görə, 2028-ci ilə mobil məlumatların ötürülməsinə qlobal ehtiyac aylıq zettabayta yaxınlaşacaq. Plana əsasən, hər bir peyk ən azı 1 TB/san məlumat ötürmə sürətinə malik olacaq.
 
Şəbəkə millimetr dalğaların ötürülməsi texnologiyasına əsaslanır. Bu, hazırda beşinci nəsil (“5G”) mobil rabitə texnologiyasının hazırlanmasında istifadə olunur.
 
Çəkisi 500 kiloqramdan az olan kosmik aparatların aşağı Yerətrafı orbitə buraxılması planlaşdırılır. Şirkət çoxlu sayda aparatlar sayəsində, hətta ən ucqar rayonlarında qoşulmanın fasiləsizliyini təmin etməyi nəzərdə tutur.
 
Bu layihə 5-10 il sonra reallaşa bilər, çünki lazımi texnologiyalar hələ ki hazırlanma mərhələsindədir.
 
Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL