waplog

“Google” şirkəti Afrikada ucuz “Android One” smartfonlarının satışına başlayıb


"Google" şirkəti Afrikada ucuz "Android One" smartfonlarının satışı proqramını işə salıb. Türkiyə, Hindistan, Pakistan, İndoneziya və Filippində artıq bu proqram işə salınıb.
 
"ICTnews.az" saytı "3dnews.ru" saytına istinadən xəbər verir ki, "Google"un təşəbbüsü sayəsində Afrikanın 6 ölkəsinin (Nigeriya, Qana, Kot-d'İvuar, Keniya, Mərakeş və Misir) sakinləri "Android" platforması ilə işləyən ucuz smartfon satın ala biləcək.
 
Nigeriyada qiyməti təxminən 88 dollar olan "Infinix Hot 2" smartfonu satışa çıxarılıb. Daha sonra bu qurğu "Android One" proqramında iştirak edən digər Afrika ölkələrində satışa çıxarılacaq. Bu ölkələrin sakinlərinin ümumi sayı 379 milyon nəfər təşkil edir.
 
"Infinix Hot 2: smartfonu 1,3 QHs takt tezlikli dördnüvəli prosessor, 1280×720 təsvir ölçüsünə malik 5 düymlük sensor ekranla təchiz edilib, 16 QB fləş yaddaş, "FM" radio, "SIM" kartlar üçün iki slota, 8 və 2 meqapiksellik kameralara malikdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL