waplog

Azərbaycanda internetin keyfiyyəti seçki prosesini rahat şəkildə onlayn izləməyə imkan verir


“Azərbaycanda keçiriləcək  parlament seçkilərini hər kəs internet üzərindən izləyə bilər”.
 
Bu sözləri  Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
 
MSK sədri qeyd edib ki, Azərbaycanda internetin azad olması və hər kəs üçün əlçatımlılığı seçki prosesinin izlənməsinə hamı üçün eyni şəraiti yaradır. Onun sözlərinə görə, ölkənin internet infrastrukturunun inkişaf etdirilməsi nəticəsində seçki prosesinin bütün dünyaya yubanmadan, donmadan və qırılmalar olmadan  göstərilməsinə imkan verir:
 
 “İnternet üzərindən dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə seçkiləri izləyə bilərlər. Digər tərəfdən, bütün dairə seçki komissiyaları müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərir. Seçki məntəqələri də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərir”.
 
 
M.Pənahov qeyd edib ki, seçki hüquqlarının qorunması ilə bağlı məsələlər də Seçki Məcəlləsində əksini tapıb: “Azərbaycan vətəndaşının ən yüksək məhkəmə instansiyasına müraciət edərək hüququnu təmin etməsi də qanunvericilikdə əksini tapıb”.
 
 
MSK sədri dairə seçki komissiyalarının sədrlərini bundan sonra da fəaliyyətlərində məsuliyyətli olmağa çağırıb:
 
 “Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var. Demokratik seçkilərin keçirilməsi üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə həmişə şərait yaradılır. Eyni zamanda seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb. Bu kameralarla qeydə alınanlar internet üzərinə ötürülür. Ölkədə internetin keyfiyyəti və sürəti imkan verir ki, hər kəs öz evində əyləşməklə seçki prosesini rahat şəkildə izləyə bilsin”.
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL