Azərbaycanın altı layihəsi "World Summit Award 2015" müsabiqəsinin final mərhələsinə çıxıb
Azərbaycanın altı layihəsi "World Summit Award 2015" beynəlxalq innovasiya müsabiqəsinin final mərhələsində iştirak edəcək.
“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına əsasən, onlayn qaydada aparılan seçimlərdə münsiflər tərəfindən “Government & Open Data” ( Açıq hökumət üzrə) nominasiyasında “ASAN Xidmət”in “Asan Pay” xidməti, “Health & Environment” ( Sağlamlıq və ətraf mühit kateqoriyası üzrə) nominasiyasında “NoObs” tələbə startapçılar komandasının “Spinal” qurğusu, “Media & News” (Media üzrə) nominasiyada “E-tap.az” resursu, “Business & Commerce” ( Bines və kommersiya üzrə) nominasiyasında “BethClip”, “Entertainment & Lifestyle” ( Əyləncə kateqoriyası üzrə)- “Notify”, “Culture & Tourism” ( Mədəniyyət və Turizm üzrə) – “RobiGuide” layihələri mübarizə aparacaqlar.
Qeyd edək ki, sentyabrın 17-20-də müsabiqənin final mərhələsi Bakıda keçiriləcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL