waplog

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Ələt limanında yeni AİS baza stansiyaları quraşdıracaq


Azərbaycanın "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" Qapalı Səhmdar Cəmiyyəti yeni Avtomatik İdentifikasiya Sistemi (AİS) baza stansiyaları quraşdıracaq.

"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına əsasən, AİS baza stansiyalarının Ələt qəsəbəsində tikilməkdə olan yeni limanda mövcud "Gəmilərin Hərəkətini İdarəetmə Sisteminin" fəaliyyət zonasının genişləndirilməsi məqsədilə quraşdırılması, sazlanması və istismara verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, AİS gəmilərin həcmini, yol istiqamətlərini və digər məlumatlarını ultraqısa dalğalar diapazonunda  radiodalğalar vasitəsi ilə identifikasiya edən sistemdir.

SOLAS 74/88 Konvensiyasına uyğun olaraq beynəlxlaq reyslər həyata keçirən və ümumi tutumu 300-dən çox olan, eləcə də,   beynəlxlaq reyslər həyata keçirməyən və ümumi tutumu 500-dən yuxarı olan gəmilərdə bu sistemin mövcudluğu mütləqdir.

Sistem vasitəsi ilə məlumatlar SOTDMA (Self Organising Time Division Multiple Access) protokolu üzərindən AIS 1 və AIS 2 beynəlxalq rabitə kanallarında ötürülür.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL