waplog

ABŞ-da şüşənin “3D” çapının yüksək dəqiqlikli üsulu hazırlanıb


“Mediated Matter” tədqiqat qrupu şəffaf şüşənin “3D” çapının yüksək dəqiqlikli üsulunu hazırlayıb. Bu barədə qrupun rəsmi saytında deyilir.

“G3DP” adlanan texnologiya Massaçusets Texnologiya Universitetinin (MIT) və Viss İnstitutunun mütəxəssislərinin iştirakı ilə ərsəyə gətirilib. Çap üçün ilkin xammal kimi hazır şüşədən istifadə olunub. Daxili temperaturu 1000 dərəcəni ötən kamerada əridilən şüşə sonradan yeni obyekti formalaşdırmaq üçün qat-qat yığılır. Konstruksiya qatları yüksək dəqiqliklə yerləşdirməyə imkan verir. Maksimal yayınma 0,44 millimetr təşkil edib.

Texnologiyanın köməyi ilə yaradılan əşyaların 2016-cı ildə Smitson muzeyində nümayiş etdirilməsi planlaşdırılır, - "Lenta” yazır. 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL