Elektron ticarət sektorunda hücumların sayı 20 faiz artıb
Cari ilin ikinci rübündə elektron ticarət sektorunda fırıldaqçılıq hücumlarının sayı 20 faiz artaraq 36 milyon təşkil edib. Bu barədə “ThreatMetrix” informasiya təhlükəsizliyi şirkətinin hesabatında deyilir.
Dünyada bir milyard tranzaksiyanın aylıq monitorinqinin nəticələrindən məlum olub ki, hesabat dövründə bütün sektorlarda 75 milyon yüksək riskli əməliyyatın qarşısı alınıb. Daha çox ziyan elektron kommersiya sahəsinə dəyib. "ThreatMetrix” nümayəndələri bildiriblər ki, 36 milyon tranzaksiyanın qarşısı alınmasaydı, internet ticarəti şirkətlərinin itkiləri 3 milyard dollar təşkil edə bilərdi.
Hücumların çoxu ABŞ, Böyük Britaniya, Almaniya, Hindistan Dominikan Respublikası ərazisindən qeydə alınıb. Ekspertlərin sözlərinə görə, hücumların əsas hissəsi cinayətkarların olduğu ölkələrin qurbanlarına qarşı yönəlib, - “SecurityLab” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL