Niderlandda “5G” texnologiyasının sınaqlarına başlanılıb
Niderlandın şimalında yerləşən kiçik Loppersum kəndi və onun ətrafı dünyanın "5G" mobil rabitə şəbəkəsində məlumatların ötürülməsi texnologiyasının keçiriləcəyi ilk kənd olacaq. Bu barədə "RTV Noord" telekanalı məlumat verib.
Layihədə bir sıra aparıcı Niderland və beynəlxalq telekommunikasiya şirkətləri, o cümlədən "TNO", "Ericsson", "KPN" və "Huawei" iştirak edəcək. "Yaşayış məntəqəsini sınaq meydançasına çevirməklə bağlı qərar Qroningen əyalətinin İqtisadi Şurası tərəfindən sərmayədarların zəlzələyə meyilli yerə cəlb edilməsini artırmaq məqsədilə qəbul edilib", - telekanal bildirib.
"Lakin Loppersum sakinləri yeni məlumat ötürmə texnologiyasından hələlik istifadə edə bilməyəcəklər. Sınaqlar regiona biznesi cəlb etmək məqsədi daşıyır. Dünyanın bütün şirkətləri burada "5G" texnologiyasından yararlanmaqla fəaliyyət göstərə biləcəklər", - məlumatda qeyd olunur.
Sakinlər texnologiyadan yeni məlumat ötürmə standartına hər yerdə keçiləndən sonra istifadə edə biləcəklər. Ekspertlər bunun 2020-ci ildən tez baş verməyəcəyini proqnozlaşdırırlar, - "TASS" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL