Azərbaycanda vergi ödəyiciləri ilə gedən bütün yazışmalar onlayn kargüzarlıq vasitəsilə aparılır
Azərbaycanda vergi ödəyiciləri ilə Vergilər Nazirliyi (VN) arasında gedən bütün yazışmalar onlayn kargüzarlıq vasitəsilə aparılır. Vergi ödəyicisi ona verilən şifrə və paroldan istifadə etməklə öz səhifəsinə daxil olur və vergi orqanına müraciət göndərə bilir. Göndərilən müraciət Vergilər Nazirliyində AVİS proqramında avtomatik şəkildə qeydiyyata alınaraq məktuba qeydiyyat nömrəsi verilir və bundan sonra məktuba onun növü və icraçı strukturun adı əlavə edilərək dərkənara göndərilir.
Bu barədə "Ictnews.az" xəbər xidmətinə VN-dən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, bundan başqa vətəndaşlar tərəfindən "Onlayn kargüzarlıq", Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən (www.taxes.gov.az) "vergilər nazirinə məktub yaz", "vergi orqanının əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumat ver", "vergi orqanı əməkdaşının qeyri-etik davranışı barədə məlumat ver", "Vergi Apelyasiya şurasına elektron müraciət et" linkləri vasitəsilə, habelə "oficce@taxes.gov.az" e-mail ünvanına elektron müraciət etmək imkanı yaradılıb. Əvvəlki illərdə "vergi orqanının əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumat ver", "vergi orqanı əməkdaşının qeyri-etik davranışı barədə məlumat ver", "Vergi Apelyasiya şurasına elektron müraciət et" linkləri vasitəsilə göndərilən müraciətlər aidiyyəti strukturlara daxil olduqdan sonra qeydiyyata alınmaq üçün Vergilər Nazirliyinin Aparatına göndərilirdi ki, bu da əlavə vaxt itkisinə səbəb olurdu. Bu baxımdan vətəndaş müraciətlərinə baxılmasında operativliyi təmin etmək məqsədilə Vergilər Nazirliyinin Aparatına həmin linklərlə daxil olmuş müraciətlərə baxış imkanı yaradılıb və həmin müraciətlərin daxil olan kimi qeydiyyata alınması təmin edilib.
Eyni zamanda, vətəndaşlar Vergilər Nazirliyinin rəsmi internet səhifəsindəki "Sual-cavab" bölməsinə də şikayət və təkliflərini yaza bilərlər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL