waplog

Dünyanın ilk günəş enerjisi ilə işləyən aeroportu istifadəyə veriləcək


Hindistanın Kerala ştatında yerləşən Koçin Beynəlxalq Aeroportu dünyanın günəş enerjisi ilə fəaliyyətə keçməyə tam hazır ilk hava limanı olub. Bu günlərdə 12 meqavoltadək (mVt) enerji hasil edə bilən və 18 200 м2 ərazidə yerləşən 46 150 paneldən ibarət elektrik stansiyasının inşası üzrə layihənin başa çatması bəyan edilib. Stansiyanın gücü təkcə aeroportu şəhər elektrik şəbəkəsindən müstəqil etməyə yox, həm də artıq qalan elektrik enerjisini satmağa imkan verəcək.  
 
"CIAL” (Cochin International Airport Limited) şirkətinin məlumatına görə, aeroportun günəş batareyalarına keçməsi yaxın 25 ildə atmosferə karbon qazı tullantılarını 300 min ton azaltmağa imkan verəcək. Bu, təxminən 3 min ağacın becərilməsinə və ya avtomobillərdə ümumi məsafəsi 1,2 milyard km təşkil edən gedişdən imtinaya bərabərdir.
 
Gələcəkdə “CIAL” alternativ enerji mənbələrindən istifadəni genişləndirməyi planlaşdırır.
 
Koçin Beynəlxalq Aeroportunun yeni beynəlxalq terminalının 2016-cı ilin mayında istifadəyə verilməsi nəzərdə tutulur. Hindistan hökuməti digər aeroportlara da günəş batareyalarından istifadə sayəsində elektrik enerjisi təchizatına keçməyi tövsiyə edib, - "3DNews”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL