Data mərkəzlərin sayının artırılmasına ehtiyac var
Azərbaycanın ən böyük provayderi olan “Delta Telecom” şirkəti ölkədə yeni Tier3 data mərkəzinin yaradılmasının yerli İT bazarının inkişafına müsbət təsir göstərəcəyini hesab edir.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, ölkədə yüksəksəviyyəli data mərkəzlərin sayının artmasına ehtiyac var idi.
“Bizim data mərkəzimiz artıq 8 ildir ki, işləyir və xarici serverlərdə saxlanılan Azərbaycan internet resurslarının güzgü variantları və iri dünya səviyyəli sosial şəbəkələrin, poçt servislərinin, eləcə də, axtarış xidmətlərinin serverləri bizim data mərkəzdə yerləşdirilib. Hazırda da onların sayı artmaqda davam edir. Data mərkəzimizin üstünlüyü geniş tutum imkanlarının mövcud olmasıdır. Lakin yeni yaradılan data mərkəz daha müasir infrastruktura malikdir və ən son beynəlxalq standartlara cavab verir. Gələcəkdə rəqabətin yaranması istisna edilmir. Amma nəticədə bu son istifadəçilərə müsbət təsir edəcək”, - deyə şirkətdən bildiriblər.
Bunu bildirərək, “Delta Telecom” şirkətində hazırda daxili şəbəkənin optimallaşdırılması istiqamətində işlər apardığı qeyd edilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL