“iPhone” smartfonunun bir həftə ərzində avtonom işləməsi üçün akkumulyator yaradılıb
“The Telegraph” nəşri yazır ki, Britaniyanın “Intelligent Energy” firmasının nümayəndəsi bildirib ki, şirkət “iPhone 6” smartfonuna həftə ərzində avtonom işləməyə imkan verən akkumulyator hazırlamağa müvəffəq olub.
Şirkətin məlumatına əsasən, yeni qida elementindən istifadə üçün cihazın ölçüsünü və ya formasını dəyişdirmək tələb olunmur. Görünüşcə adi aparatlardan yeganə fərqi arxa tərəfdə ventilyasiya dəliklərinin mövcud olmasıdır.
“ICTnews.az” saytı “lenta.ru” saytına istinadən xəbər verir ki, sözügedən nəşrin müxbiri şirkətin qərargahında yeni akkumulyatora malik “iPhone” prototipini görüb. Qida elementində qazaoxşar hidrogenin doldurulması konstruktiv cəhətdən qulaqcıqların qoşulması üçün konnektora oxşar dəlik vasitəsilə həyata keçirilir.
Şirkət yeni həllin kommersiya istifadəsi üçün gələcək smartfonların aşağı hissəsinə taxılan və bir həftə ərzində avtonom işləməyə imkan birdəfəlik kartric hazırlayır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL