waplog

DRİ Xəzər dənizində radioelektron avadanlıqlara baxış keçirib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) bölgələrlə yanaşı, Xəzər dənizində də  radiomonitorinq işləri aparıb. 
 

Bu barədə DRİ-nin baş mühəndisi İlham Əfəndiyev məlumat verib.
 
Onun sözlərinə görə, RYTN ilə razılaşdırılmış qrafikə uyğun olaraq “Radiomonitorinq” şöbəsinin mütəxəssisləri tərəfindən rayonda mütəmadi olaraq araşdırmalar davam etdirilir.
 
“Mütəxəssislər Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ərazisində TV və FM proqramlarının yayım vəziyyətini araşdırıblar. DRİ eyni zamanda Xəzər dənizində də uyğun işlər aparıb”.
 Xəzər dənizində BP və ARDNŞ-nin platformalarında qurulan radioelektron və peyk avadanlıqlarına  baxış keçirilərək uyğunluq yoxlanılıb.
 
RƏVAN 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL