waplog

TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq


BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreya Respublikasının Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Pasifik  İnformasiya Magistralı üzrə İşçi Qrupunun 1-ci toplantısı keçiriləcək.
 
Cari ilin sentyabrın 1-2-də Koreyanın İnçheon (Cənubi Koreya) şəhərində baş tutacaq tədbirdə bir sıra aktual İKT məsələləri müzakirə ediləcək.
 
Azərbaycan nümayəndələrinin də sözügedən beynəlxalq tədbirdə təmsil olunması nəzərdə tutulub.
 
 Qeyd edək ki, İşçi Qrupunun 1-ci toplantısında iştirak etmək məqsədi ilə EuraCA/ TASİM İdarəetmə Qrupuna rəsmi dəvət məktubu göndərilib.
 
 Onu da qeyd etmək yerinə düşər ki, EuraCA/TASİM qrupunun adı çəkilən tədbirdə iştirakına dair təklif AR xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev tərəfindən irəli sürülüb. Belə ki, son dövrlər XİN TASİM layihəsinə xüsusi diqqət ayırıb və xüsusilə də SPECA-TASİM-CAREC əməkdaşlığının formalaşmasında ciddi səylər göstərib.
 
 
Bundan əlavə TASİM layihəsi UN ESCAP və Asiya-Pasifik İnformasiya Magistralı ilə sıx əməkdaşlıq etməkdədir.
 
Bu əməkdaşlıq UN ESCAP tərəfindən keçirilən tədbirlərdə qəbul edilən rəsmi sənədlərdə öz əksini tapıb.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL