Dünya mobil telefon bazarında artım dayanıb
“Gartner” analitik şirkətinin 2015-ci ilin ikinci rübü üzrə məlumatına əsasən, dünya mobil telefon bazarının həcmi artmır.
2015-ci ilin ikinci rübündə qlobal miqyasda mobil telefonların satış həcmi 446 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə yalnız 0,4 faiz yüksəkdir. Yalnız inkişaf etməkdə olan bazarlara köklənmiş istehsalçıların biznesi inkişaf edir, çünki həmin ölkələrdə mobil elektronikaya hələ də yüksək tələbat var.
Məsələn, “Huawei”, “ZTE”, “TCL Communication” və “Micromax” şirkətlərini nümunə göstərmək olar. Bu halda “Sony”, “Samsung” və “HTC” kimi tanınmış brendlər inkişaf etmiş regionların hesabına öz biznesini möhkəmləndirməyə çalışırlar, lakin bu, hələ ki fayda vermir.
“ICTnews.az” saytı “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Samsung” şirkəti dünyanın aparıcı mobil telefon satıcısıdır, cari ilin aprel-iyununda şirkətin bazar payı 19,9 faiz (bir il əvvəl 21,9 faiz olub) təşkil edib.
“Apple” korporasiyası ikinci pilləyə qalxıb, ötən rüb “iPhone” smartfonlarının satış həcmi 36 faiz yüksələrək 48,1 milyon təşkil edib ki, bu da dünya üzrə göstəricinin 10,8 faizi deməkdir.
“Gartner”in hesabatına əsasən, 2015-ci ilin ikinci rübündə istehlakçılar “Microsoft” brendinə məxsus 27,7 milyon mobil telefon satın alıblar ki, bu da bir il əvvəllə müqayisədə 16 milyon daha azdır. Dünya mobil telefon bazarında “Microsoft”un bazar payı 2014-cü ilin aprel-iyununda 9.2 faizdən 2015-ci ildə 6,2 faizədək düşüb.
Əgər korporasiya üçün bu mənfi dinamika davam etsə, o zaman çox tezliklə “Huawei” şirkəti proqram nəhəngini ötəcək. Çin istehsalçısı cari ilin ikinci rübündə 26,1 milyon telefon satıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL