Yaponiya şirkəti 2016-cı ildən bir çox sahələrdə dron xidmətləri göstərəcək
Yaponiyanın “Sony Corp.” şirkəti növbəti ilin birinci yarısında tikinti, kənd təsərrüfatı və nəqliyyat sektorları müəssisələrinə pilotsuz uçan aparatların (dronlar) iştirakı ilə xidmətlər göstərməyə başlamaq niyyətindədir.
Bildirilir ki, şirkət müəyyən edilmiş ərazilər üzərindən uçuşlar edərək yüksək təsvir ölçüsündə fotoçəkilişlər edən və sonradan fotoşəkilləri “bulud” serverinə yükləyən dronlar buraxacaq. Bununla “Sony” rəqəmli kamera və smartfonlarla məşğul olan problemli bölmənin məhsullarını tətbiq edə biləcək sahə tapacaq.
“Smartfonlar bazarında artımın yalnız smartfonlardan asılı olacağını gözləməyə dəyməz. Buna görə də biz yeni imkanlar axtarırıq və dronlar da o sıradandır”, - şirkətin mobil texnologiyalar bölməsinin rəhbəri Hiroki Totoki bildirib.
Ekspertlərin qiymətləndirməsinə görə, 2025-ci ildə ABŞ-da dronlar bazarının həcmi 82 milyard dollar təşkil edə bilər. Bundan əvvəl sahəyə "Google”, “General Electric” və “Qualcomm” şirkətləri xeyli investisiya yatırıb, - "Interfax” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL