waplog

Sentyabrda Regional Treninq Mərkəzinin açılışı olacaq


Gələn ayın 16-17 tarixlərində Ümumdünya Poçt İttifaqının (ÜPİ), Regional Rabitə Birliyinin (RRB), Moskva Rabitə və İnformasiyalaşdırma Texniki  Universitetinin birgə təşkilatçılığı ilə yaradılan Regional Treninq Mərkəzinin açılışı və ilk treninqi keçiriləcək.

Qeyd edək ki, Moskva Rabitə və İnformasiyalaşdırmaTexniki Universitetinin nəzdində yaradılan adıçəkilən mərkəz region ölkələri üçün nəzərdə tutulub. Belə ki, bu mərkəzdə MDB məkanından olan  mütəxəssislərə öz bilik və bacarıqlarını artırmaq istiqamətində müxtəlif mövzular üzrə seminarlar təşkil olunacaq.
 
Sentyabrda 2 gün davam edəcək treninqdə region ölkələrinin hər birində poçt sahəsində çalışan nümayəndələri iştirak edəcək.
 
Bu barədə “ICTnews” Elektron xəbər xidmətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov məlumat verib.
 
O bildirib ki, ilk treninq beynəlxalq poçtun inkişafı, ÜPİ-nin xidmətin keyfiyyətinin artırılması fondundan istifadə və bu sahədəki dünya təcrübələrinin öyrənilməsi, əldə olunan biliklərin bölüşdürülməsi kimi mövzuları əhatə edəcək.
 
Qeyd edək ki, Regional Treninq Mərkəzinin açılışında və ilk treninqində ÜPİ-nin Beynəlxalq Bürosunun baş direktoru Bişhar Hüseynin də iştirak etməsi nəzərdə tutulub.
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL