37 dollarlıq “Nokia 222” mobil telefonu təqdim olunub
“Microsoft” şirkəti öz smartfonlarında “Nokia” adından istifadədən imtina etsə də, amma əvvəlki kimi bu brend altında adi mobil telefonlar buraxır.
“ICTnews.az” saytı “dailycomm.ru” saytına istinadən xəbər verir ki, 320 x 240 piksel (“QVGA”) təsvir ölçüsünə malik 2,4 düymlük maye kristal ekran, 2 meqapiksellik kamera və “Nokia Series 30+” əməliyyat sistemi ilə təchiz edilmiş “Nokia 222” mobil telefonu təqdim edilib.
Bundan başqa, qurğu “microSD” yaddaş kartları üçün 32 QB-lıq slot, daxili fənər, “FM” radioqəbuledici, 1100 milliamper/saat tutumlu akkumulyator batareya və “SLAM” funksiyasını dəstəkləyən “Bluetooth 3.0” simsiz rabitə modulu ilə təchiz edilib.
Mobil telefon danışıq rejimində 20 saatadək, gözləmə rejimində 29 günədək işləyir.
“Nokia 222” mobil telefonunun “SIM” kartlar üçün həm bir, həm də iki slota malik modelləri satışa çıxarılacaq. Hər iki model 2015-ci ilin sentyabrında əlçatan olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL