waplog

Yaponiya süni intellektin inkişafına 80 milyon dollar xərcləyəcək


Yaponiya Təhsil, İdman, Elm və Texnologiyalar Nazirliyi ölkə hökumətindən süni intellekt texnologiyaları sahəsində tədqiqatların aparılması üçün 10 milyard yen (83,4 milyon dollar) ayrılmasını xahiş etmək niyyətindədir.
 
Yaponiya hakimiyyəti nümayəndələrinin fikrincə, süni intellekt texnologiyalarının inkişafı gələcəkdə robotların insanın gündəlik həyatına tətbiq edilməsi üçün lazımdır.  
 
Son vaxtlar Gündoğar ölkədə insanların həyatını asanlaşdırmağa yönələn yeni “Android” sistemli robot köməkçilər hazırlanır. Məsələn, bu yaxınlarda “NTT” şirkəti ahıllar üçün məişət texnikası ilə birgə işləyən və insanın iştirakı olmadan bir neçə prosesi idarə edə bilən robot təqdim edib.
 
Süni intellektin tətbiqi üçün əsl irəliləyişin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının olacağı gözlənilir. Belə ki, Yaponiya ən müasir texnologiyaları nümayiş etdirməklə idman bayramının çoxsaylı qonaqlarına yardım edəcək qonaqpərvər robotlar yaratmaq niyyətindədir, - “TASS” yazır. 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL