2015-ci ildə qlobal smartfon tədarükü 1.44 milyard səviyyəsində olacaq
“IDC” analitik şirkətinin yeni proqnozuna əsasən, 2015-ci ildə qlobal smartfon tədarükü 10,4 faiz artaraq 1,44 milyard qurğu təşkil edəcək. Analitiklərin indiki qiymətləndirməsi əvvəlkindən (11.3 faiz) aşağıdır. Azalma Çin bazarında qeydə alınan zəifləmə ilə əlaqədardır.
Bununla belə, mütəxəssislər hesab edir ki, smartfonların orta satış qiymətinin sabit azalması növbəti bir neçə ildə tədarüklərin artımını dəstəkləməyə kömək edəcək və 2019-cu ildə smartfonların tədarükü 1.9 milyardı ötəcək. 2014-2019-cu illərdə orta illik artım (“CAGR”) göstəricisi 7,9 faiz təşkil edəcək.
“ICTnews.az” saytı “dailycomm.ru” saytına istinadən xəbər verir ki, gözləntilərə görə, Çin dünyanın ən böyük smartfon satış bazarı adını özündə saxlayacaq, ancaq qlobal tədarük həcmində ölkənin payı 2014-cü ildə 32.3-dən 2015-ci ildə 29,6 faizədək azalacaq.
Çinin artım tempi və bazar payının azalması Hindistan kimi başqa inkişaf etməkdə olan bazarların möhkəmlənməsi fonunda müşayiət ediləcək. “IDC” analitik şirkəti 2015-ci ildə Şimali Amerika və Avropa regionlarının tədarük üzrə bazar payını müvafiq olaraq 15,1 və 12,2 faiz səviyyəsində proqnozlaşdırır. 2019-cü ildə bu göstərici 14.1 və 10 faiz təşkil edəcək.
Əməliyyat sistemlərinin vəziyyəti haqda danışan analitiklər bildiriblər ki, “iPhone”nun yüksək populyarlığına baxmayaraq, “Android” mobil platformasının bazar payı 81 faizdən yuxarı olaraq qalacaq. Gözləntilərə görə, “Android” ilə işləyən smartfonların tədarükü 2014-cü ildə 1,06 milyarddan 2015-ci ildə 1.16 milyardadək artacaq. 2019-cu ildə bu göstərici 1.54 milyard təşkil edəcək. Bu halda “iOS” ilə işləyən aparatların tədarükü müvafiq olaraq 192.7 milyondan 223,7 və 269,6 milyonadək artacaq.
2015-ci ildə “Microsoft”un “Windows Phone” mobil platforması ilə işləyən qurğuların tədarükü 36,9 milyon səviyyəsində proqnozlaşdırılır. 2019-cu ildə bu göstərici 67.8 milyon olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL