Nəqliyyat sektorunun sahibkarları gəlir vergisini elektron şəkildə ödəyəcəklər
Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının yarıdan çoxunda kart sistemi üçün lazım olan aparatlar quraşdırılıb.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, avtobuslarda olan aparatlar işlək vəziyyətdədir, sadəcə, kart sisteminə tam keçilmədiyi üçün hələ aktivləşdirilməyib. Onun sözlərinə görə, artıq 1000-dən çox avtobusa bu aparatlar yerləşdirilib.
N.Həsənov bildirib ki, "Baku bus"ın avtobuslarının hamısında artıq kart sistemi tam tətbiq edilir. Digər avtobuslarda da yaxın zamanlarda tam olaraq kart sisteminə keçilməsi nəzərdə tutulub.
"Köhnə avtobuslar da kart sistemi ilə işə başlayandan sonra onların sürücüləri də maaş alacaq. Bu məsələ də nazirlik tərəfindən gündəmdə saxlanılır. Sürücülərə verilən maaşların miqdarını isə biz yox, sahibkarlar özləri müəyyənləşdirəcək. Çünki sürücüləri Nəqliyyat Nazirliyi yox, marşrut sahibləri işə götürür".
Namiq Həsənov onu da qeyd edib ki, kart sistemi tətbiq olunandan sonra sahibkarlar gəlir vergisini elektron şəkildə dövlət büdcəsinə ödəyəcəklər:
"Avtobuslar kart sisteminə keçəndən sonra sahibkarlar gələn qazanc əsasında dövlət büdcəsinə vergi ödəyəcək. Ona görə əvvəlki sistem kökündən dəyişdirilir. Hazırda kart sistemi tətbiq olunmadığı üçün həmin vergi büdcəyə nağd olaraq köçürülür. Kart sisteminin tətbiqindən sonra isə həm sürücülərin maaşı, həm də gəlir vergisi elektron olaraq büdcəyə köçürüləcək".
N.Həsənov kart sisteminin tətbiqini bu ilin sonuna qədər yekunlaşdırmaq istədiklərini dedi. " Prosesin gecikməsinə səbəb Bakı və Bakı ətrafı ərazilərdə fəaliyyət göstərən avtobuslara da avadanlıqların qurulmasıdır".
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL