Azərbaycanda innovasiyaların tətbiqinə ABŞ sərmayələrinin cəlb edilməsi gözlənilir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) köməyi ilə noyabrın 18-20-də Bakıda Amerika-Azərbaycan Ticarət Palatasının ticarət missiyası baş tutacaq.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, missiyanın keçirilməsində təşkilatı dəstəyi YTP ilə yanaşı, ABŞ Kommersiya xidməti, “Bloomberg Media”, “AmCham Azerbaijan”, “Azpromo” və Amerika-Türkiyə Ticarət Palatası göstərəcəklər.
Ticarət missiyasının məqsədi, Azərbaycan iqtisadiyyatının diversifikasiyası çərçivəsində, yeni texnologiyaların və xidmətlərin tətbiqini nəzərdə tutan layihələrə ABŞ-dan potensial tərəfdaşların və sərmayələrin cəlb edilməsidir.
Missiyada ABŞ-ın xidmət təchizatçıları, investorlar, kənd təsərrüfatı, bank, maliyyə, neft-kimya sənayesi, təhsil, energetika, qida sənayesi, tibb, informasiya texnologiyaları, tikinti, turizm və s. sahələr üzrə məsləhətçiləri iştirak edəcəklər.
Daha ətraflı məlumatı bu internet ünvanından əldə etmək olar.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL