waplog

Daşınan qurğular ilə ödənişlərin illik həcmi 500 milyard dollar olacaq


"Tractica" şirkəti tərəfindən bu yaxınlarda keçirilən tədqiqata görə, 2020-ci ilədək daşınan qurğular vasitəsilə həyata keçirilən tranzaksiyaların illik həcmi 501 milyard dollar təşkil edə bilər.
 
Şirkət fiziki POS-terminallarda "ağıllı" saatlar, fitnes-treker və ödəniş qolbaqları kimi müxtəlif daşınan qurğulardan istifadə etməklə edilən kontaktsız ödənişlər bazarının imkanlarını təhlil edib.
 
Ekspertlərin fikrincə, daşınan qurğular ilə ödənişlər bütün mobil tranzaksiyaların 20 faizini və pərakəndə satışda ümumi nağdsız ödənişlərin 1 faizini təşkil edə bilər. Bununla yanaşı, daşınan elektronika vasitəsilə ödənişlərin 50 trilyon dolları ötəcəyi gözlənilir.
 
Ödənişləri həyata keçirmək üçün daşınan qurğular müxtəlif texnologiyalardan, o cümlədən "NFC", "RFID" (radiotezlik identifikasiyası), QR-kodlar və ştrix-kodlardan istifadə edir. Bundan başqa, kontaktsız POS-terminallar və mobil ödənişlərin qəbulu üçün istifadə edilən ödənişlərin emalı üçün infrastruktur da daşınan qurğulardan ödənişləri qəbul edir, - "Payspacemagazine"  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL