waplog

Bakının rabitə şəbəkəsinin modernləşdirilməsi davam etdirilir


Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ən yeni texnologiyaların tətbiqi ilə paytaxtın rabitə şəbəkəsini modernləşdirməkdə davam edir.

Bu barədə birliyin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində şəbəkədə DMS-200 rəqəmsal qovşaq tipli stansiya ləğv olunaraq NGN texnologiyası ilə əvəzlənib.

Nəticədə Bakı şəhəri üzrə stansiyalararası trafik daha operativ və daha sürətli olub ki, bu da sakinlərin keyfiyyətli rabitə xidmətləri ilə yanaşı, digər multimediya xidmətləri ilə də yüksək səviyyədə təmin olunması deməkdir.

Qeyd edək ki, BTRİB Bakının kənd və qəsəbələrinin tamamilə yeni texnologiyalar əsasında qurulması istiqamətində hazırlanan geniş tədbirlər planının icrasını davam etdirir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL