Maliyyə sahəsinə biometrik texnologiyaların tətbiqi genişlənir
Biometrik texnologiyalar inamla maliyyə sahəsinə nüfuz edir.
Ekspertlərin sözlərinə görə, biometrik texnologiyalar ödəniş əməliyyatlarını fırıldaqçılıqdan etibarlı qorumaqla əlavə mühafizə səviyyəsi təqdim edir və məhz bunun sayəsində onlar dünyada populyarlaşır.
“Tractica” şirkətinin “Maliyyə əlavələri üçün biometriya” tədqiqatında deyilir ki, yaxın on il ərzində biometrik həlləri dəstəkləyən qurğuların sayı 2024-cü ildə on dəfə - 2015-ci ildəki 4,7 milyon ədəddən 43,7 milyonadək artmaqla illik 38 faiz artım nümayiş etdirəcək.
“Əksər sahələr biometrik həllərin tətbiqinə yaxındır, lakin maliyyə sahəsi bunu başqalarından tez edib”, - "Tractica”-nın baş analitiki Bob Lokhart bildirib.
“Barmaq izlərini, gözün qüzehli qişasını tanıyan texnologiyaların quraşdırıldığı bankomatlar getdikcə dünyanın müxtəlif nöqtələrində çoxalır. Ölkələrdə mobil bankçılıq isə biometrik identifikasiya həllərini daha çox dəstəkləməyə başlayıb”, - o əlavə edib.
Hesabata görə, 2020-ci ilədək mobil ticarətdə bütün tranzaksiyaların 60 faizi (müxtəlif qiymətləndirməyə görə, 126 milyard əməliyyat) biometriya vasitəsilə avtorizə ediləcək, - "Payspacemagazine” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL