waplog

“Sinam” şirkəti Əfqanıstanda ünvan sistemini sıfırdan yaratmağa hazırlaşır


Azərbaycanın aparıcı İT şirkətlərindən olan “Sinam”  Əfqanıstanın paytaxtı Kabil şəhərinin meriyası ilə ünvan sisteminin yaradılması layihəsi üzrə razılıq əldə edib.
 
Şirkətdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata əsasən, “Sinam” artıq sistemin yaradılması ilə bağlı texniki tövsiyələrini şəhər meriyasının rəsmilərinə təqdim edib.
 
“Layihə Kabil şəhərinin meriyası tərəfindən bəyənilib və yuxarı instansiyalara təqdim edilib. Hazırda biz Əfqanıstanda Nazirlər Kabinetinin formalaşmasını gözləyirik ki, layihənin icrası üçün şərait yaradılsın. Təqdim etdiyimiz tövsiyələr Kabil şəhərinin bina və küçələrinin ünvan sisteminin hazırlanmasını təmin edəcək”, - deyə şirkətdən bildiriblər.
 
“Sinam” şirkəti Əfqanistan üçün Azərbaycanda yaratdığı “GoMap” elektron xəritəsinə oxşar bir sistem yaratmaq niyyətindədir. Qeyd edək ki, hazırda  Kabil şəhərinin bina və yaşayış massivlərinin ünvanları tamamilə sıradan çıxıb, bu isə bir çox problemlər yaradır.
 
Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL