Bakı Metropoliteninin sədri: “Yeni xətlərdə dünya təcrübəsinin ən son texnoloji nailiyyətləri tətbiq olunur”
Bakıda son illərdə inşa olunan metro stansiyalarında milli memarlıq üslubu qorunmaqla, yeni texnologiyaların tətbiqi diqqət mərkəzindədir. Moskva Metropoliteni Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Bakı Metropoliteni QSC-də keçirilən görüşdə məlumat verilib.
Metropolitendən qeyd edilib ki, QSC-nin sədri Zaur Hüseynov perspektivlərdən danışaraq, 2008-ci ildə metropolitenin perspektiv inkişaf sxeminin hazırlanması, 2011-ci ildə isə yeni sxemin və Dövlət proqramının təsdiq olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar, ötən müddət ərzində görülən işlər barədə məlumat verib.
Həmçinin qonaqlara metropolitenin qatar, enerji, eskalator, sanitar dispetçer mərkəzlərində ən müasir sistemlərin tətbiqi barədə məlumat verilərək, fəaliyyəti və iş xüsusiyyətləri nümayiş etdirilib.
Qeyd edilib ki, ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq, yeni xətlərdə dünya təcrübəsinin ən son texnoloji nailiyyətləri, xüsusən sərnişinlərin rahatlığı və təhlükəsizlik tələblərinin ən yüksək standartlarına cavab verən sistemlər, avadanlıqlar tətbiq olunur.
Bu mənada hərəkətin təşkili və idarə olunmasında müasir CBTC, stansiya və şəbəkəyə nəzarətdə, həmçinin idarəetməsində SCADA sistemləri əsas götürülüb; xətlərdə müasir sistemlərin tətbiq edildiyi və ən yüksək təhlükəsizlik standartlarına cavab verən qatarlar hərəkət edəcək.
Eyni zamanda stansiyaların inşaatında da müasir texnologiyaların, həmçinin üsulların tətbiqinə başlanılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL