waplog

Niderlandda qatarlar külək elektrik enerjisi ilə işləyəcək


2018-ci ilə Niderlandın dəmir yolları tamailə külək elektrik enerjisi ilə işləyəcək. Hazırda Niderlandın “ProRail” dövlət şirkətinin nəzarəti altında olan elektrik dəmir yolları ehtiyacının təxminən 50 faizi külək enerjisi ilə təmin olunur. Dəmir yollarının uzunluğu 2900 km təşkil edir,  illik elektrik enerjisinin sərfiyyatı isə 1,4 teravatt saata bərabərdir.
 
“ICTnews.az” saytı “nplus.ru” saytına istinadən xəbər verir ki, dəmir yollarının külək eletrik stansiyaları tərəfindən generasiya edilən elektrik enerjisinə keçirilməsi layihəsində “Eneco” enerji şirkəti və “VIVENS” konsorsiumu iştirak edir.
Konsorsiumun qiymətləndirməsinə görə, dəmir yollarının külək elektrik enerjisinə tam keçidi ölkədə karbon qazının tullantılarının ümumi həcmini ən azı 20 faiz azaltmağa imkan verəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL