waplog

Azərbaycan “mobil hökumət” konsepsiyasının reallaşdırılmasına hazırlaşır


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mobil Hökumət Konsepsiyasının  hazırlanması və həyata keçirilməsinə başlanılması məsələsi müzakirə edilir.
 
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən,  “Elektron hökumət”in formalaşdırılması dövlət idarəçiliyinin müasir tələblərindən biridir.
 
“Ölkəmizdə bu sahəyə ciddi diqqət göstərilir. Ölkədə qəbul edilmiş qərarlar, yaradılmış hüquqi baza vətəndaşların dövlət xidmətlərindən əlverişli şəkildə istifadəsinə xidmət edir. İnternetin və mobil rabitənin əhatə dairəsinin genişlənməsi və vətəndaşların onlardan fəal istifadəsi “elektron hökumət” həllərinin inkişafı, mobil tətbiqlərin  yaradılması və  “mobil hökumət” konsepsiyasının reallaşdırılmasını zəruri edir”, - deyə nazir müavini bildirib.
 
E. Vəlizadənin sözlərinə əsasən, Azərbaycanda indiyədək görülmüş işlər ölkədə ən müasir texnologiyalara əsaslanan səmərəli dövlət idarəçiliyinin formalaşmasına xidmət edir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL