İsveç şirkəti “5G” qurğusunun ilk prototipini yaradıb
İsveçin "Ericsson" şirkəti "5G" yüksəksürətli mobil rabitə standartını dəstəkləyən qurğunun ilk prototipini yaradaraq onun ABŞ-ın Pleyno şəhərində və İsveçin paytaxtı Stokholmda sınaqlarına başlayıb.
Bildirilir ki, sınaqlar zamanı qurğu məlumatları 2 Qbit/saniyə sürətində ötürməyə nail olub ki, bu da müasir "4G" rabitə standartının imkanlarını on dəfə üstələyir. Lakin texnologiyanın tezliklə tətbiq edilməsi barədə danışmaq hələ ki tezdir. Çünki "Ericsson" qurğusunun prototipi çox ağırdır və onun daşınması üçün araba lazımdır.
Lakin şirkət nümayəndələrinin sözlərinə görə, qurğu prototipinin sınaqları başa çatdıqdan sonra tezliklə onun kompakt analoqlarını yaratmaq mümkün olacaq. Bununla yanaşı, yeni standart üçün sonradan lazımi infrastrukturun qurulması tələb olunacaq ki, bu məsələ ilə rabitə operatorları məşğul olacaq.
Xatırladaq ki, "5G" texnologiyalarının hazırlanması ilə digər telekommunikasiya şirkətləri də məşğuldur. Məsələn, "Samsung" şirkəti ötən ilin oktyabrında "5G" şəbəkəsinin sınaqlarını keçirib. Məlumatların ötürülmə sürəti qəbuledici və ötürücü işlək vəziyyətdə olmayan zaman 7,5 Qbit/saniyə (940 Mb/saniyə) təşkil edib.
Proqnozlara görə, "5G" şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanılacaq, - "NEWSru" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL