waplog

ABŞ aviasiya hakimiyyəti dron sahibləri üçün uçuşun qadağan olduğu yeri göstərən əlavə təqdim edəcək


ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) smartfonlar üçün pilotsuz uçan aparat (dron) sahiblərinə uçuşun icazə verildiyi və qadağan olduğu yerləri göstərəcək əlavə hazırlayır.

Proqram təminatının kvadrakopterlərdən kommersiya istifadəsi üzrə qanunvericilik aspektləri üzərində aparılan iş çərçivəsində ərsəyə gətirilməsi qərara alınıb.
 
“iPhone” smartfon modeli üçün nəzərdə tutulan əlavə "B4UFLY” adlanacaq. Hazırda əlavə beta-versiya mərhələsindədir. Final versiyasında uçuşa nəzarət sistemlərinin dronların aeroportlara yaxınlaşmasını avtomatik xəbərdar edən funksiya yer alacaq.
 
Fevralda “FAA” kommersiya dronlarından istifadə qaydasını yeniləyib. Yeni qaydalara görə, uçuşlara yalnız sutkanın işıqlı vaxtında icazə verilir, dron bilavasitə pilotun gözü qarşısında olmalıdır, eləcə də onun uçuş hündürlüyü 500 futu (152 metr) ötməməlidir, - "Macdigger yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL