MTRŞ : “Analoq və rəqəmli yayımın paralel aparılması “Teleradio”nun xərclərini artırır”
Azərbaycan Milli Teleradio yayım Şurası analoq və rəqəmli yayımın paralel aparılmasının “Teleradio” İstehsalat Birliyinin həddən artıq yüklənməsinə səbəb olduğunu bildirib.
Şuradan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Teleradio” İstehsalat Birliyi rəqəmli yayıma tam hazırdır.
“Lakin rəqəmli yayıma tam keçid üçün əhalinin qəbul edici avadanlıqlarının da hazır olması tələb olunur, Azərbaycanda isə regionlarda əhali arasında, dəqiq statistika aparılmasa da, hələ də analoq avadanlıqlardan istifadə edənlər var. Biz bununla bağlı Nazirlər Kabinetinə müraciət etmək niyyətindəyik. Çünki Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə əsasən bu ilin sonuna kimi rəqəmli yayıma tam keçid təmin edilməlidir. Bundan başqa, rəqəmli yayıma keçid bizim qarşılıqlı interferensiya ilə bağlı işimizi asanlaşdırar, yeni yaradılan TV kanalları üçün əlavə imkanlar açar. Digər tərəfdən “Teleradio” İstehsalat Birliyinə iki istiqamət üzrə (analoq və rəqəmli) yayımın təmin edilməsi üçün əlavə xərclər yaradır. Ölkədə 400-ə yaxın analoq yayım vericisi var ki, onların təkcə elektrik enerjisi üzrə xərclərini nəzərə almaq yetər ki, bu yükün ağırlığını təsəvvür edək“, - deyə MTRŞ-də bildiriblər.
MTRŞ-də onu da bildiriblər ki, bu gün bütün Avropa ölkələri artıq rəqəmli yayıma keçiblər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL