waplog

“Alcatel-Lucent” şirkətinin rəhbəri istefa verib


“Alcatel-Lucent” şirkətinin baş direktoru Mişel Komb sentyabrın 1-dən vəzifəsini tək edərək Fransanın “Altice Group” telekommunikasiya holdinqinə keçib.
 
Şirkətin bəyanatına görə, o, baş əməliyyat direktoru və qrupa daxil olan "Numericable-SFR” mobil operatorunun Direktorlar Şurasının sədri təyin edilib.
 
“Alcatel-Lucent” rəhbərinin vəzifə səlahiyyətləri şirkətin idarə heyətinin sədri Filip Kamyuya təhvil verilib.
 
M.Komb telekommunikasiya sahəsində 25 illik iş təcrübəsinə malikdir. O, “Alcatel-Lucent”-dən başqa “Vodafone” operatorunun Avropa nümayəndəliyinə və “TDF” (Telediffusion de France) şirkətinə rəhbərlik edib, eləcə də "France Telecom” operatorunun vitse-prezidenti və maliyyə direktoru olub. M.Komb müxtəlif vaxtlarda "Vodafone”, “Weather” (Orascom Wind), “Atari”, “TDF”, “Eurotunnel”, “Atos” və “Procapital” kimi şirkətlərin direktorlar şuralarının tərkibinə daxil olub.
 
M.Komb şirkəti tərk etməsinə görə kompensasiya almasa da, işdə qazandığı nailiyyətlər üçün 13 milyon avro məbləğində mükafat alacaq, - "DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL