waplog

Proqramlaşdırma üzrə “X Proqramçıların Yay Məktəbi” təlimləri keçirilib


Qafqaz Universitetində (QU) Kompüter Mühəndisliyi bölməsinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə tələbələrin proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün “X Proqramçıların Yay Məktəbi” təlimləri keçirilib.
 
Təlimlərin aparılması üçün Belarus Dövlət Universitetinin “Diskret riyaziyyat və alqoritm” kafedrasının müdiri fizika-riyaziyyat elmlər doktoru professor Vladimir Kotov (Belorus Respublikasında proqramlaşdırma olimpiadaları üzrə təlimçi, “ACM ICPC” milli komandasının rəhbəri) təlimçi kimi Qafqaz Universitetinə dəvət edilib.
 
 Təlimlər “ACM ICPC” Beynəlxalq proqramlaşdırma müsabiqəsinə hazırlıq məqsədi ilə keçirilib.
 
QU-dan qeyd edilib ki, təlimlərdə Qafqaz Universitetinin Kompüter Mühəndisliyi, İT və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölməsinin tələbələri, iştirak edib. 8 gün intensiv davam edən təlimlər hər gün 9:30-13:00 saatlarında Vladimir Kotov tərəfindən seminarların (seminar mövzuları: ədədlər nəzəriyyəsi, verilənlər strukturu, qraflar, dinamik proqramlaşdırma) verilməsi, 14:00-18:00 saatlarında isə praktik onlayn müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparılıb.
 
Təlimlərdə http://www.acm-test.bsu.by  və http://http://www.e-olymp.com/az/  metodik saytlarından məsələlərin həlli üçün istifadə edilib. Təlim sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL