waplog

“Microsoft” və “Amazon” ABŞ aviasiyası ilə saziş imzalayıb


ABŞ Federal Mülki Aviasiya İdarəsi (Federal Aviation Administration, FAA) “Microsoft” və “Amazon” şirkətləri ilə “bulud” texnologiyalarının alışına dair uzunmüddətli saziş imzalayıb.
 
Layihədə sistem inteqratoru kimi “Amazon Web Services” və “Microsoft Azure” həllərinin inkişafı ilə məşğul olan “CSC Government Solutions” şirkəti çıxış edir.  
 
“Microsoft” və “Amazon”-un “bulud” həlləri əsasında mühafizəli federal telekommunikasiya infrastrukturundan istifadə edən informasiya emalı və saxlanması servisləri işə salınacaq.
 
Sazişin dəyəri 108 milyon dollar təşkil edir, lakin yaxın on ildə sifarişçinin xərcləri sazişin uzunmüddətli olması nəzərə alınmaqla 1 milyard dollaradək arta bilər.
 
“FAA” infrastrukturunda "Amazon” və “Microsoft” “bulud” həllərinin tətbiqinə 2016-cı ildə başlanacaq.
 
İnformasiya texnologiyalarının xidmət kimi alınması “FAA”-ya bahalı obyekt və avadanlıqların alışından imtina etməyə imkan verəcək, - “DailyComm” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL