waplog

UNEC-in rektoru: “Dərs prosesinin tamamilə elektronlaşdırılması yeni tədris ilində gündəmdə duran əsas məsələdir”


"Dərs prosesinin tamamilə elektronlaşdırılması yeni tədris ilində gündəmdə duran əsas məsələdir və bu istiqamətdə artıq ilkin addımlar həyata keçirilib. Belə ki, ali təhsil müəssisəsi kağız üzərində jurnala "yox" deyərək, tam elekronlaşdırılmış jurnal sisteminə keçməyə hazırlaşır. Tədris prosesinin interaktiv təşkili üçün universitetin əsas tədris binasının bütün auditoriyaları kompüterlə təchiz edilən elektron tribuna və proyektorlarla təmin edilib. yaxın vaxtlarda universitetin bütün tədris binalarında da elektron tribuna və proyektorlar quraşdırılacaq"
 
Bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov UNEC-də keçirilən iclasda bildirib. Toplantıda UNEC-də innovasiyanın tətbiqi məsələləri geniş müzakirə edilib. Rektor 2015/2016-cı tədris ilinin "Keyfiyyət ili" elan edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, "Keyfiyyət ili" çərçivəsində universitetdə bir sıra vacib yeniliklərin həyata keçirilməsi nəzərdə tutulub. Bura ilk növbədə dünyanın ən qabaqcıl universitetlərinin təhsil sisteminin öyrənilməsi və universitetdə tətbiqi istiqamətində davamlı işlərin aparılması daxildir.
 
Ə.Muradov 2015/2016-cı tədris ilində tələbələrlə işin təkmilləşdirilməsi istiqamətində dekanlara öz tövsiyələrini çatdırıb.
 
Qeyd edib ki, yeni tədris ilində tələbələrə yüksəksəviyyəli təhsilin verilməsi ilə yanaşı, onların  asudə vaxtlarının səmərəli təşkili, elmi fəaliyyətə cəlb edilməsi prioritet məsələ olacaq. Sonda rektor tədris ili boyunca tələbələrə, xüsusən də universitetə yeni qəbul olunan tələbələrə qayğının artırılması və valideynlərlə işə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlərini verib.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL