waplog

İstifadəçilər mobil oyunlara az vaxt sərf etməyə başlayıb


“Flurry” analitik şirkəti ABŞ mobil oyunlar bazarında keçirdiyi tədqiqatın nəticələrini açıqlayıb.

Ekspertlər müəyyənlşdiriblər ki, smartfon və planşet istifadəçilərinin oyunlara böyük marağının olmasına baxmayaraq oyuna sərf olunan vaxt tədricən azalır.

Ötən il istifadəçilər oyunlara gündə orta hesabla 52 dəqiqə sərf edirdilərsə, hazırda bu göstərici 33 dəqiqəyədək azalıb. Bu dəyişikliklər tədqiqatçıların təəccübünə səbəb olsa da, bunun bir sıra səbəbləri var.
 
Oyunlara sərf olun vaxtın azalmasının başlıca səbəbi yaxşı layihələrin olmamasındadır. Ekspertlərin qiymətləndirməsinə görə, bu il oyun reytinqlərinin indiki liderlərini arxa plana keçirəcək heç bir maraqlı oyun buraxılmayıb.
 
İkinci səbəb şərti pulsuz ödəniş modelidir. Hazırda oyun həvəskarları müxtəlif oyundaxili mallar almağa və növbəti səviyyəni keçmək və ya qalib olmaq üçün lazım olan vaxtı qısaltmağa hazırdırlar. Nəticədə bu oyuna sərf olunan vaxta təsir göstərir.
 
Sonuncu səbəb müxtəlif oyun servislərinin yüksək populyarlığı ilə əlaqədardır. Ekspertlərin qiymətləndirməsinə görə, son vaxtlar oyun videosunu oynamaq yox, baxmağa hazır olan istifadəçilərin payı sürətlə artır, - “4PDA yazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL