“Apple” və “Cisco” şirkətləri korporativ “iOS” istifadəçilərinin imkanlarını genişləndirmək üçün tərəfdaş oldular
“Apple®” və “Cisco®” şirkətləri “iOS”-cihazları və proqramları üçün “Cisco” şəbəkələrinin optimallaşdırılması, “iPhone®”-ların “Cisco”-nun korporativ mühitlərilə inteqrasiyası və “iPhone” və “iPad®”-ların birgə çalışması üçün unikal vasitələrin yaradılmasilə “iOS”-un biznes-istifadəçilərinin imkanlarının genişləndirilməsi məqsədilə öz tərəfdaşlıqlarını bəyan ediblər.
“iOS – dünyanın ən yaxşı mobil platformasıdır. Demək olar ki, Fortune 500 və Global 500 reytinqlərinə daxil olan hər bir şirkət iOS-u öz mobil strategiyasının mərkəzi etdi. Müasir işçinin əsas alətlərinə çevrilmiş iPhone və iPad bütün iş proseslərini dəyişib. Biz əminik ki, Cisco şirkətilə birgə biznes sahəsində iOS-un potensialının maksimallaşdırılması üçün müxtəlif vasitələr təqdim edib, işçilərə sevdikləri cihazlarla daha çox iş görməyə yardım edə biləcəyik”, - deyə “Apple” şirkətinin baş icraçı direktoru Tim Kuk qeyd edir.
“Fortune 500 reytinqində yer alan şirkətlərin 95%-i öz işçi heyətlərinin məhsuldarlığını yüksəltmək məqsədilə Cisco-nun şəbəkə həllərindən və birgə iş alətlərindən bəhrələnir. Sözügedən mühəndis və marketinq tərəfdaşlığı vasitəsilə biz ümumi müştərilərimizə Cisco-nun güclü mühitində ənənəvi iOS-cihazlarla işləməyi təklif edirik. Birlikdə işçilərin iş məhsuldarlığını və səmərəliliyini artırmağa yardım edəcəyik”, - “Cisco”-nun Direktorlar şurasının icraçı sədri Con Çembers belə deyir.
Korporativ infrastrukturların qarşısına qoyulan və sayı daim artan tələblərinə cavab olaraq şirkətlər istifadəçilərə daha da güclü iş alətini təqdim etməklə “Cisco” şəbəkələrini və “iOS” cihazlarını optimallaşdırır ki, onların qarşılıqlı əlaqəsinin effektivliyi və etibarlılığı artsın.
“Apple” və “Cisco” şirkətləri səs və videotexnologiyaların tətbiqilə “iPhone”-nun birgə iş aləti kimi effektivliyinin artırılması istiqamətində də əməkdaşlıq edir və masaüstü telefonların “iPhone”-la problemsiz uyğunlaşmasını təmin edir.
“Apple” şirkətinin dəstəyilə “Cisco” şirkəti xüsusən “iOS” cihazları üçün “Cisco Spark™”, “Cisco Telepresence®” və “Cisco WebEx®” kimi mobil, bulud və daxili istehsalat mühitlərində istifadə edilən birgə iş alətlərini optimallaşdırır. Bu, işçi heyətlərin problemsiz birgə işini təmin edəcək və bütün işgüzar görüşləri yeni keyfiyyət pilləsinə çıxaracaq.
1984-cü ildə “Macintosh” kompüterini təqdim etməklə “Apple” şirkəti fərdi cihazlar aləmində inqilab etdi. Hazırda, “Apple” şirkəti “iPhone”, “iPad”, “Mac” və “Apple Watch” məhsullarını bazara çıxarmaqla innovasiyaların liderinə çevrildi. “Apple”-ın üç proqram platformu – “iOS”, “OS X” və “watchOS” bütün “Apple” cihazlarının ideal müntəzəm işini təmin edir və istifadəçilərə “App Store”, “Apple Music”, “Apple Pay” və “iCloud” kimi unikal servisləri təqdim edir. “Apple” şirkətinin 100 000 əməkdaşı özlərini yeni yüksək keyfiyyətli məhsulların yaradılmasına həsr etməklə ətraf dünyanı daha da təkmilləşdirməyə yardım edir.
“Cisco” şirkəti müxtəlif ölkələrdə, şəhərlərdə, sənayelərdə və dünyada fəaliyyət göstərən bütün şirkətlərdə innovasiyaların tətbiq olunmasına yardım edir, rəqəmli dəyişikliklər tempi ilə ayaqlaşmağa imkan verir və Taməhatəli İnternetə (Internet of Everything, IoE) keçidi sürətləndirir. 70 000 tərəfdaşla əməkdaşlıq etməklə “Cisco” şirkəti öz müştərilərinə şəbəkə, informasiya təhlükəsizliyi sistemləri, verilənlərin emalı mərkəzləri və birgə iş üçün qabaqcıl məhsul və həlləri təqdim edir və bununla da arzuolunan biznes-nəticələrə çatmağa dəstək olur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL