İT nəhəngləri yeni tip ödənişsiz videoformat yaradır
«Amazon», «Google», «Microsoft», «Mozilla» və «Netflix» şirkətləri birgə video, səs və şəkil formatları hazırlamağı planlaşdırırlar. Formatlar tamamilə ödənişsiz olacaq, yəni bu formatlardan istifadəyə görə lisenziya ödənişi etmək lazım olmayacaq. Yeni videoformat ilk məhsul olacaq.
Ödənişsiz formatların hazırlanması
Nəhəng İT şirkətləri («Amazon», «Google», «Microsoft», «Mozilla», «Netflix») yüksək keyfiyyətli və ödənişsiz video, səs və şəkil formatlarının hazırlanması məqsədi ilə «Alliance for Open Media» konsorsiumunun yaradılmasını elan ediblər.
Tərəfdaşlar yeni formatları müxtəlif platforma və qurğulara uyğunlaşdırmağı, internet üzərindən ötürülmək və saytlar üçün optimallaşdırılmış, aparat təminatına az tələbli olmağı planlaşdırır.
Birinci məhsul
Konsorsiumun ilk məhsulu yeni videokodek olacaq, sonuncunun yaradılmasında konsorsium iştirakçılarının həllərindən istifadə ediləcək. Kodek açıq kodlu və ödənişsiz olacaq, onun istifadəsi üçün lisenziya ödənişi etmək lazım deyil. Kodek internet qoşulmanın sürətinə uyğun avtomatik adaptasiya və şifrləmə imkanına malik olacaq.
İnternet sənayesinə təsir
«Ars Technica» nəşri yazır ki, «Alliance for Open Media» təşəbbüsü ödənişsiz mediakodeklər yaratmağa kömək edəcək ki, bu da, əlbəttə ki, internet sənayesinin inkişafına müsbət təsir göstərəcək.
Məsələn, indi «H.264» internet üzərindən videonun ötürülməsi üçün standart kodekdir. Bu kodekdə istifadə edilən texnologiya üzrə çoxsaylı patentlər «MPEG LA» təşkilatına məxsusdur. Ödənişli axın xidmətlərindən fərqli olaraq, «YouTube» kimi ödənişsiz xidmətlər bu kodekdən istifadəyə görə lisenziya ödənişi etmirlər. Məsələn, «Netflix» şirkəti «H.264» kodekindən istifadəyə görə «MPEG LA» təşkilatına ildə təxminən 6,5 milyon dollar ödəyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL