«Google» şəkər xəstəliyi ilə mübarizə aparacaq
«Google» internet korporasiyası diabet kimi geniş yayılmış xəstəliklə mübarizə sahəsində həllər hazırlayacaq. Bu çətin vəzifəni «Life Sciences» tədqiqat bölməsi həll etməyə çalışacaq və onun əməkdaşları Fransanın «Sanofi» mütəxəssisləri ilə birgə işləyəcək.
«Sanofi» əczaçılıq şirkətidir, müxtəlif dərman preparatları, həmçinin insulin buraxır. «Life Sciences» bölməsi 2013-cü ildə fasiləsiz rejimdə xəstəxanaların pasiyentlərinin sağlamlıq vəziyyəti haqda məlumat toplayan yeni tibbi cihazların hazırlanması məqsədi ilə təsis edilib.
«Life Sciences» tədqiqat bölməsinin yeni cihazları məlumatların toplanıldığı xüsusi «bulud» xidmətinə daimi internetə çıxışa və fasiləsiz qoşulmaya malikdir. Belə yanaşma həkimlərə istənilən vaxt istənilən pasiyentin vəziyyətinə baxmağa və fövqəladə hallarda dərhal reaksiya verməyə imkan verir. «Life Sciences» əməkdaşlarının fikrincə, bu, diabetin pis nəticələrindən uzaq olmağa imkan verəcək.
«Sanofi» şirkəti bu sahədə «Google”un ilk tərəfdaşı deyil. İnternet nəhəngi artıq «Novartis AG», «DexCom Inc.» və «Biogen Inc» kimi şirkətlərlə əməkdaşlıq edir, «ağıllı» kontakt linza üzərində işləyirlər. Sözügedən linzalara quraşdırılmış xüsusi ötürücü gözyaşı mayesinin analizi yolu ilə qanda şəkərin səviyyəsini qiymətləndirməyə imkan verəcək.
«Life Sciences»in mütəxəssisləri bildiriblər ki, onların məqsədi diabetə nəzarət və onun inkişafının dayandırılması üzrə yeni kompüterləşmiş ekosistemin yaradılmasıdır. Bununla «Google» bir çox diabetiklərin həyatını dəyişdirə bilər. 2015-ci ilin birinci yarısına olan məlumata əsasən, diabetiklərin sayı artıq 382 milyondan çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL